Azərbaycanın Mərdlik Qalası
Azərbaycanın qədim və əsrarəngiz guşəsi olan Laçın rayonunun inzibati sərhədlərini Dəlidağ, İşıqlı, Qırxqız dağ silsilələri cızmışdı. Qarabağla mənfur qonşularımız arasında mərdlik qalasıydı Laçın! Tarix boyu torpağımıza göz dikənlər buranı «Qarabağın qara qapısı» adlandınrdılar.Ulu öndərimiz Heydər Əliyev bu ərazinin tarixi, strateji əhəmiyyətini belə dəyərləndirirdi: «Azərbaycanın müstəqilliyi, ərazisinin qorunması nöqteyi nəzərindən Laçın rayonu çox böyük strateji əhəmiyyətə malikdir».Tarix boyu bu ölkənin övladları Azərbaycana olan hücumlara öz sinələrini sipər etmiş, Vətənimizin bütövlüyü naminə tarixi qəhrəmanlıq ənənələri yaratmışlar.Laçın qədim oğuz torpaqlarında Ermənistan adlı dövlət quranlara peşkəş edilmiş Zəngəzurun bir parçasıydı. Müstəqil inzibati bölgü kimi təsdiq olunana qədər Qarabağ xanlığı, Zəngəzur qəzasının tərkibində olan bu ərazinin gözəl bir guşəsində, 1924-cü ildə Laçın şəhərinin əsası qoyuldu. Yazıçı Tağı Şahbazi Simurq bu şəhərə yaxınlıqdakı Laçın dağının adını verdi.Laçın şəhəri 1930-cu ildən yeni təşkil edilən inzibati rayonun mərkəzi oldu. Bu dağlar şəhəri 120 kəndin, 60 minlik əhalinin güvənc yeri, iftixar ünvanı idi. Bu gün 86 yaşı tamam olan Laçın şəhəri dağ qartalma bənzəyirdi.Qol-qanad açıb bir qanadı Qankaha kəndinə, bir qanadı Həkəri çayına qədər uzanmışdı. Laçın camaatının alın təri, halal zəhməti ilə tikilmiş bu şəhər mənfur qonşularımıza göz dağı idi. Ardı…




